Evdə səs-küy salanlar 3500 manat cərimə olunacaq

Evdə səs-küy salanlar 3500 manat cərimə olunacaq

Azərbaycanda məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr artırılır.
Aktual.az "Report"a istinadən xəbər verir ki, cərimələrin artırılması yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində əksini tapıb. Layihəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə ediləcək.

Xatırladaq ki, hazırda belə qayda pozuntusuna görə xəbərdarlıq edilir və ya 30 manatdan 50 manatadək miqdarda cərimə edilir.

Qeyd edək ki, yeni hazırlanan İnzibati Xətalar Məcəlləsi hələlik layihə formasındadır. Milli Məclis qəbul edərsə yeni məcəllə 2016-cı ilin mayın 1-də qüvvəyə minəcək.

Xəbər 701 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR