“Euronews” Azərbaycan xalçaları haqqında reportaj hazırlayıb

“Euronews” Azərbaycan xalçaları haqqında reportaj hazırlayıb

"Euronews” telekanalı kökləri çox qədimlərə gedən Azərbaycan xalçaları və onların istehsal sənəti barədə reportaj hazırlayıb. Aktual.az həmin reportajı oxucularına təqdim edir.

Xalçalar min illərdir ki, Azərbaycan incəsənətinin və mədəniyyətinin ayrılmaz hissəsidir. YUNESKO onları 2010-cu ildə bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib.

Ənənəvi Azərbaycan xalçaları sıx toxunuşa malikdir. Azərbaycanın xalçaçılıqla məşğul hər bölgəsinin özünəməxsus xalça naxışları var.

Dünyanın ilk xalça muzeyi Bakıda yerləşir. Burada nəfis toxunuşlu xalçalar sərgilənir, kövrək eksponatlar isə iqlim şəraiti tənzimlənən xüsusi yerlərdə saxlanılır.

"Xalça Azərbaycanın, Azərbaycan mədəniyyətinin və xalqının rəmzidir. Bu, ulu babalarımızdan bizə miras qalan irsdir, əsrlər boyu nəsildən-nəslə ötürülüb. Xalça Azərbaycan xalqına o qədər əziz və yaxındır ki, hər evdə və hər ailədə xalça görə bilərsiniz. Bu, onu həyat tərzimizin çox vacib və ayrılmaz bir hissəsi edir”, – Azərbaycanın mədəniyyət naziri Anar Kərimov "Euronews”un müxbirinə bildirib.

Xalçalar müxtəlif kompozisiyaları, canlı rəngləri və fərqli istehsal texnikaları ilə məşhurdur.

Azərbaycan xalçaçılığının tarixi Tunc dövrünə gedib çıxır. Bu gün yeddi ixtisaslaşmış xalçaçılıq məktəbi mövcuddur. Onların hər birinin özünəməxsus naxışları və ənənələri var.

Bu muzey həmçinin sərgilərin, beynəlxalq simpoziumların və konfransların keçirildiyi tədqiqat, maarifləndirmə, mədəniyyət və təhsil mərkəzidir.

Azərbaycan Xalça Muzeyi həm yerli sakinlərin, həm də ölkəmizin qonaqlarının diqqətini cəlb edir.


Xəbər 32 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR