Çətənə kolları əkib-becərən şəxs saxlanıldı

Çətənə kolları əkib-becərən şəxs saxlanıldı

Şirvan sakininin həyətindən çətənə kolları aşkarlanıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Şirvan Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməlliyyat tədbirləri çərçivəsində Şirvan sakini, 1969-cu il təvəllüdlü Xavəndi Bəxtiyar Sədulla oğlunun Füzuli küçəsi 8/26 ünvanında yerləşən həyətində çətənə kolları əkdiyi müəyyənləşdirilib.

Həyətyanı sahəyə baxış keçirilərkən orada yerləşən istixanada və yarımtikilidə 15 ədəd 1,5 və 2 metr hündürlükdə xüsusi qulluq göstərilmiş narkotik tərkibli çətənə kolları aşkar edilib.
 
Faktla bağlı cinayət işi başlanıb.

Xəbər 311 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR