Ermənistanın keçmiş xarici işlər naziri istintaqda dindirilib

Ermənistanın keçmiş xarici işlər naziri istintaqda dindirilib
  • DÜNYA

 Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb: "Şərh etmirik”.
Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlərLevon Ter-Petrosyan və Serj Sarqsyan artıq ifadə veriblər.
Qeyd edək ki, 1955-ci ildə Suriyanın Hələb şəhərində doğulan Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub. 
Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR