"Ermənistandan konkret addımlar görmək istəyirik" - Çavuşoğlu


Biz Türkiyə olaraq Cənubi Qafqazda sülh istəyirik. Qarabağ Zəfərindən sonra Azərbaycanın təklifləri, bizim də yanaşmamız ortadadır.

Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində deyib.

"Böyük dövlət olaraq bizim jest etməyimiz normaldır”, - nazir qeyd edib.

O xatırladıb ki, Azərbaycanla Ermənistan arasında müxtəlif vaxtlarda Moskva və Brüsseldə görüşlər keçirilib. Eyni zamanda, sərhədlərin delimitasiyası üzrə komissiyalar yaradılıb, əhatəli sülh sazişi üçün təklif irəli sürülüb.

"Azərbaycan da, Türkiyə də bu məsələdə səmimidir. Ermənistandan isə konkret addımlar görmək istəyirik. Biz bu prosesi Azərbaycanla koordinasiya etməliyik. Çünki biz "bir millət, iki dövlət”ik”, - XİN rəhbəri diqqətə çatdırıb.
Xəbər 685 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR