Ermənistanda təşkilat rəhbəri xeyriyyəçilik adı altında 30 milyon dramı mənimsəyib

Ermənistanda təşkilat rəhbəri xeyriyyəçilik adı altında 30 milyon dramı mənimsəyib
  • DÜNYA

Ermənistan polisi fırıldaqçılıq yolu ilə təxminən 30 milyon dramın (yerli pul -red) mənimsənilməsi hadisəsini aşkarlayıb.

Aktual.az "Report"a istinadən bildirir ki, bu barədə ölkə polisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, polisə dələduzluq haqqında məlumatlar daxil olub. Məlumat əsasında müəyyənləşdirilib ki, "Zorex apaqa" adlı ictimai təşkilatın rəhbəri xeyriyyəçilik bəhanəsi ilə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək, onların 28 milyon dramını və tikinti materialını, habelə 1,5 milyon dram məbləğində yanacağını fırıldaqçılıq yolu ilə mənimsəyib.

Fakt üzrə cinayət işi başlayıb.
Araşdırma aparılır.
Xəbər 299 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR