Ermənistanda korrupsiya faktları xeyli artıb

Ermənistanda korrupsiya faktları xeyli artıb
  • DÜNYA

"Ermənistanda 2018-ci ildə korrupsiya faktlarındakı artım əvvəlki ilə nisbətən daha da çox olub".

"Report” "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin Qərargah rəisi Armen Quqasyan ilin yekunlarına dair mətbuat konfransında deyib.
O deyib: "2018-ci ildə qeydə alınan bütün cinayətlərin sayı 11,2 faiz, yəni 2267 hal artaraq 22.551 hal təşkil edib”.
Polis rəhbəri korrupsiyaya qarşı mübarizə tədbirləri nəticəsində polis tərəfindən dövlətə, təşkilatlara, fərdi şəxslərə cəmi 5,7 milyard dram (11,7 milyon ABŞ dolları) məbləğində maddi ziyan vurulduğunu, 2017-ci ildə isə həmin göstəricinin 735 milyard dram (1,5 milyon dollar) təşkil etdiyini söyləyib.
Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR