Ermənistanda koronavirusdan ölənlərin sayı 900 nəfərə çatdı

Ermənistanda koronavirusdan ölənlərin sayı 900 nəfərə çatdı
  • DÜNYA

Ermənistanda daha 62 nəfərdə koronavirus aşkarlanıb.

Aktual.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 44 845-ə yüksəlib. Son sutkada 3 nəfər koronavirusdan ölüb və ölənlərin sayı 900 nəfərə çatıb. 

Qeyd olunub ki, indiyədək 40 121nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 3 549 aktiv koronavirus xəstəsi var. Ümumilikdə keçirilən testlərin sayı 218 139-a bərabərdir.(report.az)
Xəbər 472 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR