Ermənistanda koronavirusa təkrar yoluxma halı qeydə alındı

Ermənistanda koronavirusa təkrar yoluxma halı qeydə alındı

Ermənistanda koronavirusdan sağalan şəxs ona yenidən yoluxub.

"Report” "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Arsen Harutyunyan adlı "Facebook” istifadəçisi məlumat verib.
Onun sözlərinə görə, ilk dəfə yoluxandan 40 gün sonra ona yenidən COVID-19 diaqnozu qoyulub.
Ermənistan Səhiyyə Nazirliyi bunu şərh edərkən belə halların mümkünlüyünü istisna etməyib.
"Bütün dünyadakı kimi, Ermənistanda da koronavirusa təkrar yoluxmalar araşdırılır. Hələlik belə halları təsdiqləyən və ya rədd edən faktlar yoxdur. Ola bilsin pasiyent tam sağalmayıb, bu səbəbdən test müsbət nəticə verib”, - nazirliyin mətbuat katibi Alina Nikoqosyan vurğulayıb.
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR