Ermənistanda daha bir müxalifətçi saxlanıldı

Ermənistanda daha bir müxalifətçi saxlanıldı

Ermənistanda "Təsis parlamenti"nin üzvü, müxalifətçi Karo Ehnukyan saxlanılıb.

Aktual.az  report-a istinadən bildirir ki, dünən özünü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən şəxslər onun evində axtarış aparıblar.

Axtarış zamanı şübhəli heç nə aşkar edilməyib. 5 kompüter və 2 telefon müsadirə edilərək götürülüb.
MTX-nin mətbuat mərkəzindən Karo Ehnukyanın saxlanılması xəbərini təsdiqləyiblər.

Karo Ehnukyanın vəkilinin sözlərinə görə, onu "Sasna tsrer" qruplaşmasına yardım göstərdiyinə və qruplaşma üzvləri ilə telefonla danışdığına görə saxlayıblar.

Xatırladaq ki, iyulun 17-də səhər saatlarında bir qrup silahlı şəxs Yerevanın Erebuni rayonundakı polis patrul-post xidməti alayının binasını ələ keçirib və bir neçə polis əməkdaşını girov götürüb.

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR