"Ermənistan Türkiyənin yenidən prezidenti seçilməsi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik etməyəcək”.
"Report” "Sputnik”ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan iyulun 2-də Yerevanda ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2014-cü ilədək tərəflər bayramlar və seçkilərlə bağlı bir-birini, formal olaraq, təbrik edirdi: "Rəcəb Tayyib Ərdoğan 2014-cü ildə prezident olandan sonra formal təbriklər də dayandırılıb”.
Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib. Rəcəb Tayyib Ərdoğan, eləcə də sədri olduğu Ədalət və İnkişaf Partiyası bu siyasi kampaniyanın qalibi olub.
Aktual.az
Xəbər 372 dəfə oxunub.