Ermənistan parlamentinin üzvü xaricə qaçdı

Ermənistan parlamentinin üzvü xaricə qaçdı
  • DÜNYA

 Ermənistan parlamentinin deputatı, keçmiş təbiət mühafizəsi naziri Aram Harutünyan ölkədən qaçıb.

"Report” "Hraparak” nəşrinə istinadən xəbər verir ki, 14 milyon ABŞ dolları məbləğində rüşvət almaq ittihamının irəli sürüldüyü A.Harutünyan parlamentin bu yaxınlarda baş tutmayan iclasında toxunulmazlıqdan məhrum ediləcəkdi.
Bununla yanaşı, millət vəkili Aram Harutünyanın istintaqdan yayınması ehtimalını nəzərə alan Baş Prokurorluq onun barəsində cinayət işi başlamağa və həbs qəti imkan tədbirinin tətbiqi üçün parlamentə müraciət edib.
 
Aktual.az
Xəbər 226 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR