Ermənistan mətbuatı: Azərbaycan Ordusu yaşayış məntəqələrinə nəzarəti ələ keçirib - VİDEO

Ermənistan mətbuatı: Azərbaycan Ordusu yaşayış məntəqələrinə nəzarəti ələ keçirib    - VİDEO

"Azərbaycan Silahlı Qüvvələri erməni silahlı bölmələrinin mövqelərinə aramsız zərbələr endirir".

Aktual.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb.

Erməni KİV-in məlumatına görə, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan erməni əhali təşviş içindədir: "Ermənistan tərəfindən 100 nəfərdən çox ölü və yaralı var. İnsanlar kütləvi şəkildə evlərini tərk etməyə başlayıb. İnsanların bəziləri zirzəmilərdə gizlənir. Davam edən şiddətli atışma zamanı Ermənistanın 6 tankı məhv edilib, 12-15 artilleriya sistemi sıradan çıxarılıb".
 
Erməni mətbuatında yayılan digər bir xəbərə görə isə Azərbaycan Silahlı Qüvvələri Seysulan və Talış yaşayış məntəqələri və eləcə də Talış kəndinin ətrafındakı yüksəkliklərə nəzarəti ələ keçirib.

Xəbər 9717 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR