"Ermənistan hökuməti Xocalı soyqırımına görə üzr istəməlidir"


"Ermənistan hökuməti Xocalı soyqırımına görə üzr istəməlidir".

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, XX əsrin ən qanlı cinayətlərindən biri olan Xocalı soyqırımının törədilməsindən 30 il keçir: "Bu qətliam təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır. Xocalı soyqırımı həm də erməni daşnak faşizminin mahiyyətidir, sübutudur, güzgüsüdür. Xocalı soyqırımının törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması təmin edilməlidir. Ermənistan hökumətindən Xocalı soyqırımına görə faciə qurbanlarının ailə üzvlərindən, Azərbaycan dövlətindən rəsmi üzr istəməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı və sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır".//report.az
Xəbər 373 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR