Ermənistan əldə olunmuş razılaşmalara əməl etmir - Xələf Xələfov

Ermənistan əldə olunmuş razılaşmalara əməl etmir  - Xələf Xələfov

“Ermənistan aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmalara əməl etmir, beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymur”.

Aktual.az  xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Xələf Xələfov Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri, senator Kristof Conun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində son danışıqlar barədə məlumat verən X.Xələfov, münaqişənin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğuladı və münaqişənin həll olunmamasının əsas səbəbi kimi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və öz hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmamasını göstərdi.

Senator Kristof Con, Azərbaycanın münaqişənin sülh yolu ilə həllində səylərinin Avstraliya tərəfindən dəstəkləndiyini bəyan etdi.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR