Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf etdi

Ermənistan daha 1 hərbçisinin öldüyünü etiraf etdi

Ermənistan Müdafiə Nazirliy Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində təxribat törədirkən zərərsizləşdirilən daha bir erməni hərbçi ilə bağlı məlumat yayıb.

Aktual.az xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçi 2003-cü il təvəllüdlü sıravi əsgər Vahan Babayandır.

Bununla da məhv edilən erməni hərbçilərinin rəsmi formada etiraf olunan sayı 3-ə çatıb.

Qeyd edək ki, ötən gün günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşməsində Azərbaycan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində düşmənin itki verərək geri çəkilib.
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR