Ermənilər Paşinyana etiraz etdilər: “Bizi biabır eləmə, ayıbdır!” - VİDEO

Ermənilər Paşinyana etiraz etdilər: “Bizi biabır eləmə, ayıbdır!” - VİDEO
  • DÜNYA

Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında etdiyi son iki paylaşım birmənalı qarşılanmayıb.

Aktual.az xəbər verir ki, Paşinyan əvvəlcə Antalyadan Dublinə yollanarkən çəkilmiş videosunu paylaşıb.

Türkiyənin Antalya şəhərindəki COP31 Liderlər Sammitində iştirak edən erməni Baş nazir oteldən gedərkən masanın üzərində olan bananı da cibinə qoyur. Bu videogörüntü çoxlarının təəccübünə səbəb olub.

İkinci videopaylaşımı o, İrlandiyanın paytaxtı Dublində edib. Avropa Siyasi Birliyinin (ASB) 9-cu Sammitində iştirak etmək üçün bu ölkəyə çatan Paşinyan cibindəki həmin bananı çıxarıb masanın üzərinə qoyur.

Bu videopaylaşımlar sosial şəbəkələrin erməni izləyiciləri tərəfindən narazılıqla qarşılanıb. Bir çox ermənilər bu hərəkətlərlə Baş nazirin onları biabır etdiyini yazıblar.  "Bəsdir, bizi biabır eləmə, ayıbdır!”, - deyə erməni izləyicilər Nikol Paşinyana etiraz ediblər.

Xatırladaq ki, 2020-ci ildəki iclasların birində Paşinyanın stolun üzərinə qoyulmuş bahalı markalı qələmi götürüb cibinə qoymasığını əks etdirən videokadrlar gündəm olmuşdu.

2022-ci ildə İrəvanda "Hayastan" Ümumerməni Fondunun Himayəçilər Şurasının 31-ci iclası zamanı Paşinyanın masanın üzərindəki qələmi götürüb ehtiyatla pencəyinin iç cibinə qoyması da kameralara düşmüşdü. Həmin anlar sosial şəbəkələrdə geniş şəkildə müzakirə olunmuş və ironiya ilə qarşılanmışdı.

Ümumiyyətılə, Nikol Paşinyan müxtəlif vaxtlarda iştirak etdiyi rəsmi tədbirlərdə və ya səfərlərdə masanın üzərindəki dəftərxana ləvazimatlarını götürüb cibinə qoyması kameralardan yayınmayıb.
Xəbər 23 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR