Ermənilər avtomobilin yük yerində ölü tapıldı - Moskvada

Ermənilər avtomobilin yük yerində ölü tapıldı - Moskvada

Rusiyanın Moskva vilayətində 2 erməni avtomobilin yük yerində ölü tapılıb

APA-nın məlumatına görə, "Mercedes” markalı avtomobili ötən gün axşam Razvilka qəsəbəsindəki küçələrdən birində yaşayan sakinlərdən biri evinin qarşısında aşkar edib. Avtomobilin uzun müddət evinin qarşısından dayanmasından şübhələnən yerli sakin polisə xəbər verib.
 
Polis avtomobilin yük yerindən 2 nəfərin meyitini aşkar edib. Daha sonra onlardan birinin Ermənistan vətəndaşı Xoren Marqaryan və digərinin Abxaziya sakini Mikael Lalayan olduğu məlum olub. Hüquq-mühafizə orqanlarının versiyasına əsasən öldürülməzdən qabaq hər iki şəxs işgəncələrə məruz qalıb. Polis hadisənin killer tərəfindən törədildiyini ehtimal edir.
 
Faktla bağlı "Qəsdlə adamöldürmə” və "qanunsuz silah gəzdirmə” maddələri ilə cinayət işi başlanıb.

Aktual.az
Xəbər 294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR