Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi postuna Ermənistan Milli Təhlükəsizlik Şurasının Baş katibi Yuri Xaçaturov təyin olunub.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Baş katib postunu müvəqqəti icra edən Valeri Semerikov deyib.
"Yuri Qriqoryeviç Xaçaturovun KTMT-nın Baş katibi təyin olunması barədə yekdilliklə qərar verilib".
Xatırladaq ki, Yuri Xaçaturov 2015-cı il aprelin 5-də Qarabağda döyüşlərin dayandırılması barədə müqaviləni imzalamışdı. O, həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi postunu tuturdu.
Aktual.az
Xəbər 399 dəfə oxunub.