Ərəstun Həsənov: "Bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil"

Ərəstun Həsənov:

"Bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur".

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənovdeyib.
O bildirib ki, Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür: "Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi yəqin ki, indi daha da aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər".
Ə.Həsənov vurğulayıb ki, nəticələr elə də ürəkaçan deyil: "Reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil. Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa, bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar".
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR