Ərəblərin Azərbaycana gəlmə səbəbləri açıqlandı

Ərəblərin Azərbaycana gəlmə səbəbləri açıqlandı

Ötən illərə nisbətdə bu il körfəz ölkələrindən gələn turistlərin sayının çoxaldığını şəhər sakinləri də şahid olublar. 

Aktual.az Fins.Az-a istinadən xəbər verir ki, ekspert Murad Kərimovunbildirdiyinə görə, ərəblərin ölkəmizə gəlməkdə şərait yaradan yerli turizm şirkətlərindən əlavə Körfəz ölkələrinin turizm nümayəndəliklərinin Azərbaycandakı hotellərlə əlaqə saxlaması və ərəb turistlər üçün yer rezerv etməsi məsələyə müsbət təsir göstərib.

Ekspertin fikrincə, onların ölkəmizə olan maraqları isə bir neçədi. Bura hətta geyim belə daxildi. Əksər Avropa ölkələrində öz əlbisələrində rahat gəzə bilməyən turistlər ölkəmizdə bu şəraitdən asanlıqa faydalana bilirlər. Hətta bəzi ərəb turistlər vəhşi ov quşlarınıda özləri ilə gətirirlər.

Eyni zamanda asan viza əldə etməkdə öz sözünü deyir. Hətta İraq aviaşirkətlərinin də Azərbaycana reyslər təşkil etdiyi bildirilir.

Həmçinin ölkəmizdə olan təbii şərait, yaşıllıqlar Körfəz ölkələrindən olan turistləri bir qədər də cəlb edir. Onların əsas istiqamətləri Bakı-Quba-Qusar və Qəbələdi. İstirahət mərkəzləri kimi Şahdağ və Ləzə kəndinə üstünlük verirlər. Bakı və Bakı ətrafı turlar ərəb turistlər üçün orta hesabla 150-200 dollara başa gəlir.

Qeyd edək ki, Körfəz ölkələrindən ən çox turistlər İraq və Səədüyyə Ərabistanından gəlirlər. İraqdan gələnlər əsasən 4 ulduzlu hotellərə üstünlük versələr də, Ərəbistandan olan turistlər ən çox 5 ulduzlu hotellərdə qalmağa üstünlük verirlər.

Ekspertin sözlərinə görə, ötən illərlə müqayisədə ərəb turistlərin ölkəmizə gəlməsində 18 dəfə artım müşahidə olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən isə bildirdilər ki, Körfəz ölkələrindən gələn turistlərin dəqiq sayı sentyabr ayının sonunda məlum olacaq.

Turizm mövsümünün bitməsi hazırda Körfəz ölkələrindən gələn turistlərin azalaçağını deməyə əsas verir. Lakin azalmanın olub-olmayacağı bəlli deyil. M.Kərimovun sözlərinə görə, bu il ilk dəfə belə hal olduğundan statistik göstərici yoxdu, ona görə də onların növbəti aylarda kütləvi şəkildə gələcəkləri barədə hər hansı bir söz demək mümkün deyil. 

Xəbər 1380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR