“Ərəb ölkələrinin çoxu ilə gizli əlaqələrimiz var” – İsrailin energetika naziri

“Ərəb ölkələrinin çoxu ilə gizli əlaqələrimiz var” – İsrailin energetika naziri
  • DÜNYA

İsrailin energetika naziri Yuval Ştayniç bildirib ki, ölkəsinin ərəb ölkələrinin çoxu ilə gizli əlaqələri var.

"Report”un məlumatına görə, bu barədə nazir "Qaley ÇAXAL” yerli radiostansiyasına müsahibəsində bildirib.
O, qeyd edib ki, həmin ölkələr adlarının açıqlanmasını istəmirlər.
"Səudiyyə Ərəbistanı da daxil olmaqla, mülayim ərəb ölkələri ilə əlaqələr bizə İranı durdurmağa kömək edir”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, İsraillə əməkdaşlıq edən ərəb ölkələri Təl-Əvivlə İrana qarşı əməkdaşlıq etməyə hazırdır.
 
Aktual.az
Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR