Ərdoğanın Bakı səfərinin təfərrüatları

Ərdoğanın Bakı səfərinin təfərrüatları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 25-də Azərbaycana gələcək, 26-da isə dövlət başçısının geri qayıtması nəzərdə tutulur. 


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti və bir neçə dövlət rəsmisinin Azərbaycana səfərinin məqsədi Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak etməkdir.

Səfir qeyd edib ki, tədbirdə iştirak üçün Azərbaycana R.T.Ərdoğanla birlikdə Türkiyənin Baş nazirinin müavini, xarici işlər naziri, iqtisadiyyat naziri, energetika naziri, mədəniyyət nazirinin də daxil olduğu böyük bir heyət gələcək.

İ.A.Coşqun deyib ki, bununla Azərbaycan və Türkiyə prezidentlərinin cari il ərzindəki qarşılıqlı səfərlərinin sayı üçə çatacaq.

Xəbər 493 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR