Ərdoğan Putinə başsağlığı verdi

Ərdoğan Putinə başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Sankt-Peterburq metrosunda baş vermiş partlayışla əlaqədar başsağlığı məktubu göndərib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, başsağlığı məktubunda R.T.Ərdoğan Türkiyənin Rusiya ilə bu cür aktlara qarşı həmrəy olduğunu bəyan edib: "Bizim ölkəmiz uzun illərdir ki, terrorçuluğa qarşı mübarizə aparır. Biz qətiyyətlə bu hücumu pisləyirik".

Qeyd edək ki, ötən gün Sankt-Peterburq metrosunda baş vermiş partlayış nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
 
Aktual.az
Xəbər 259 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR