Ərdoğan bu kitabın satışına qadağa qoydu

Ərdoğan bu kitabın satışına qadağa qoydu

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan özünü Osmanlı tarixinin tədqiqatçısı kimi təqdim edən Edip Dede Yağmurlunun ona həsr etdiyi şeirlər kitabının yığışdırılmasını tapşırıb

Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Ərdoğan kitabda etiqad və mədəni dəyərlərə uyğun olmayan ifadələrin olmasını əsas gətirərək vəkili Hüseyn Aydın vasitəsi ilə mətbəəyə məktub göndərib və bu kitabın satışa buraxılmamasını tələb edib.
 
Kitabdakı bəzi şeirlərdə Ərdoğana hədsiz təriflər edilib, Fətullah Gülən isə "Pensilvaniyada gizlənmiş siçovul” adlandırılıb. Kitabda Türkiyənin kəşfiyyat qurumunun rəhbəri Hakan Fidan, Türkiyənin birinci xanımı Əminə Ərdoğana həsr edilmiş şeirlər də yer alıb.
 
Xəbərdə o da bildirilir ki, bu kitab müəllifin birinci kitabıdır, ona görə də onu ölkədə çox az adam tanıyır. 
 
Aktual.az
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR