General-leytenant Bəxtiyar Ersayın rütbəsi artırılıb.
Aktual.az xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.
Qərara əsasən, Bəxtiyar Ersaya general-polkovnik rütbəsi verilib.
Qeyd edək ki, o, FETÖ-nun qurduğu plana əsasən şərlənərək həbs edilib və 3 il həbsxanada qalıb. Bir dönəm Quru Qoşunlarında xidmət edən Bəxtiyar Ersay son olaraq Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Qrup komandanı olub.
Xəbər 739 dəfə oxunub.