Ərdoğan: "ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım saymıram"

Ərdoğan:
  • DÜNYA

 Ankara ABŞ-ın İrana qarşı sanksiyalarını doğru addım hesab etmir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə bildirib.
"Sanksiyaların doğru olduğunu düşünmürük. Bu, dünyada balansı pozmağa yönəlmiş addımdır, beynəlxalq hüquqa ziddir. Biz imperializm dünyasında yaşamaq istəmirik", - o deyib.
R.T.Ərdoğan əlavə edib ki, Türkiyə İrandan 10 milyard kubmetr qaz alır.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı neft ixracını əhatə edən əlavə sanksiyaları qüvvəyə minib. ABŞ dövlət katibi Mayk Pompeo isə Vaşinqtonun Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyənin neft sanksiyalarından müvəqqəti yayınmasına icazə verdiyini bildirib.
 
Aktual.az
Xəbər 283 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR