Müğənni-bəstəkar Emin Ağalarv “Elle” jurnalına müsahibə verib.
Aktual.az həmin müsahibəni təqdim edir:
- Nə üçün müğənniliyi seçdiniz? Məlumdur ki, pula görə deyil.
- Həmişə musiqi ilə məşğul olmaq istəmişəm. Bu, mahnı bəstələmək də ola bilərdi, mahnı ifa etmək də... Musiqiçilərin həyatı, bu sahəyə gəlişi ilə həmişə maraqlanmışam. Bu, mənim 20 yaşa qədər ən böyük hobbim olub, müəyyən müddət sonra musiqidən imtina edə bilməyəcəyimi anladım.
- Maraqlıdır, “8 v padenii” adlı albomunuza niyə belə ad seçmisiniz?
- Alboma ad vermək vaxtı çatanda mən qeyri-adi səslənən “8 v padenii” mahnısı haqda düşündüm. Hamıya məlumdur ki, 8 tərs rəqəm olaraq sonsuzluq işarəsini bildirir. Yəni ki, mahnı səni sonsuza qədər sevəcəyəm anlamındadır.
Mənim fikrimcə, əgər sevgi gerçəkdirsə, sonsuz və sərhədsiz olmalıdır. Şərt deyil ki, bu sevgi uşaqlara, həyat yoldaşına, qıza, valideynlərinə qarşı olsun.
- Sevgidən söz düşmüşkən, siz ilk baxışdan sevə bilərsiniz?
- Mənə elə gəlir ki, ilk baxışdan olmasa da, ilk dialoqdan sevmək olar.
- Qadın özünü necə aparmalıdır ki, sizin diqqətinizi cəlb edə bilsin?
- O gözəçarpan olmamalıdır.
- Yəni sizlə tanış olmaq üçün qadın ciddi olmalıdır?
- Şərt deyil ki, çox ciddi olsun. Lakin ən parlaq və aktiv qızlar məndə adətən heç bir maraq oyatmır. Əksinə, kim ki, mənim diqqətimi cəlb etmək istəmir, o, marağıma səbəb olur.
- Siz bu cür qadınları necə qazanırsınız?
- Bilmirəm, adətən bu, ünsiyyətdən başlayır.
- Bəs hədiyyələr?
- Düşünürəm ki, qadına verə biləcəyim ən yaxşı hədiyyə gözəl mahnıdır.
Aktual.az