Ən çox pul qazanan idmançıların adları AÇIQLANDI

Ən çox pul qazanan idmançıların adları AÇIQLANDI

Portuqaliya yığmasının və "Real” Madrid klubunun hücumçusu Kriştianu Ronaldu 2016-cı ildə ən çox pul qazanmış idmançı seçilib.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o ötən il 93 milyon dollar qazanıb.
Bu vəsaitin 58 milyon dolları müxtəlif müqavilə və bonuslar, 35 milyonu isə sponsor və futboldankənar reklam müqavilələri ilə bağlıdır.
 
Ən çox gəlir əldə edən 2-ci idmançı isə "Klivlend Kavalers”in basketbolçusu Lebron Ceyms (86,2 milyon dollar), "Barselona”-nın yarımmüdafiəçisi Lionel Messi (80 milyon dollar), İsveçrəli tennisçi Rocer Federer (64 milyon dollar) və amerikalı basketbolçu Kevin Dyurant (60,6 milyon dollar) ilk "5”likdə qərar tutub.
 
Dünyanın ən gəlirli 100 idmançısı 2016-cı ilin iyunundan 2017-ci ilin iyun ayına qədər 3,1 milyard dollar gəlir qazanıblar.
 
Aktual.az
Xəbər 628 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR