Emin Əmrullayev: "Ali məktəblərdə yeni ixtisaslar olmalıdır"

Emin Əmrullayev:

"Ali təhsil müəssisələrində yeni ixtisaslar olmalıdır. Lakin bakalavr pilləsində ixtisasları darlaşdırmaq yox, bacarıq sahələri gətirilməlidir. Bundan sonra artıq ixtisasları daraltmaq olar. Hər il peşə sahəsi üzrə yeni bir ixtisasların olmasını doğru hesab etmirəm".

Aktual.az xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev UNEC İqtisadi Forumu çərçivəsində "Post-pandemiya dövründə elm və təhsil" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, öyrənmədə zəruri şərt keyfiyyətin qiymətləndirilməsi mexanizmlərinin olmasıdır: "İtirilmiş öyrənmə məsələsinə gəldikdə isə, bu, daha çox itirilmiş inkişafdır. İtirilmiş öyrənmə yalnız bilik və bacarıq deyil. Ən önəmli məsələ odur ki, pandemiya dövründə qapalı və ev şəraitində qalmaq təhsilalanların öyrənmə bacarığına mənfi təsir edə bilər. Ona görə də şagirdlərin canlı ünsiyyətə sövq edilməsi labüddür".

Xəbər 114 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR