Əməkdar artist ürəyindən əməliyyat olundu

Əməkdar artist ürəyindən əməliyyat olundu

Ağdam Dövlət Dram Teatrının baş rejissoru, əməkdar artist Sərvər Əliyev ürəyindən əməliyyat olunub. 

Aktual.az  xəbər verir ki, bu gün uğurla başa çatan əməliyyatdan sonra ilk açıqlamasını "Report"a verən Sərvər Əliyev hazırda palataya köçürülüb. Aktyorun ürəyinə 4 stent qoyulub. İndi onun vəziyyəti yaxşıdır.

Onun sözlərinə görə, ürəyinin 4 damarı tutulub: "Ürəyimdə ciddi problem yaranıb. Bir neçə il əvvəl ürəyimə stend qoyulmuşdu. Sonuncu müayinə zamanı məlum oldu ki, hazırda ürəyimin 4 damarı tutulub. Bu səbəbdən əməliyyat olundum. Şəkər xəstəsi olduğumdan, əməliyyat riskli idi. Allaha çox şükür ki, hər şey uğurlu keçdi". 
Əməliyyat 1 saylı Şəhər Klinik Xəstəxanasında baş tutub. O, sabah evə buraxılacaq. 
Xatırladaq ki, Sərvər Əliyev 2015-ci ildə əməkdar artist fəxri adını alıb. 2016-cı il mayın 6-da Prezident mükafatına layiq görülüb. 

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR