Əmək qanunvericiliyini pozan şəxslərin sayı bəlli oldu

Əmək qanunvericiliyini pozan şəxslərin sayı bəlli oldu

2016-cı ildə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 30 nəfər öz əvvəlki işlərinə bərpa edilib.

Aktual.az  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, işçilər barəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.

Bu müddət ərzində vətəndaşlardan daxil olan 9457 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1572 ədəd müxtəlif xarakterli sorğu araşdırılaraq cavablandırılıb. Vətəndaşların müraciətlərinin araşdırılması zamanı 420 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. 

Bundan başqa, törədilmiş inzibati xətaya görə vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 937 min 200 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, onun da 24,8%-nin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Görülən tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 929 min manat olub.
 

Aktual.az

Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR