Əmanətçilərə kompensasiya ödənişi davam edir

Əmanətçilərə kompensasiya ödənişi davam edir

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Bu barədə Fonddan Aktual.az-a  bildirilib.

Belə ki,  "Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 756 min manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 242 min manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 925 min manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 16 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 124 milyon 939 min manatdan artıq kompensasiya verilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 179 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 milyon manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min manat, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 milyon manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 394 milyon 613 min manat artıq kompensasiya ödənişi baş tutub. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 680 milyon 760 min manatdan artıq kompensasiya ödənilib.
Xəbər 336 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR