Əmanətçi: Bundan sonra pulu bankda yox, bankada saxlayacam

Əmanətçi: Bundan sonra pulu bankda yox, bankada saxlayacam

«Bank Standard» əmanətçilərinə pullarının qaytarılması prosesi bu gün də davam edib.

Aktual.az  fins.az-a istinadən məlumat verir ki, dünənkindən fərqli olaraq bu gün bankın mərkəzi ofisinin qarşısında qələbəlik yox idi.

Əmanətlərin qaytarılması ilə məşğul olan Əmanətlərin Sığortalanması Fondunun nümaynədəsi bildirib ki, bu gün də məbləği 20 min dollar və ya 32 min manata qədər olan əmanətçilərin pulları qaytarılırdı. Qeyd edək ki bu gün 290 nəfərin əmanətinin geri qaytarılması nəzərdə tutulur.

Əmanətçilər götürdükləri pulları nə edəcək?

“Bəs görəsən pullarını geri alan əmanətçilər götürdükləri pulları nə edəcəklər?”- sualına əmanətçilərin cavabı hazır idi. “Banklara olan inam günü-gündən azalır. Çünki bilmək olmur ki,sabah hansı bank bağlanacaq”-deyə elə indicə əmanətini geri alan Orxan adlı müştəri bildirdi ki, pullarını yalnız evdə saxlamaq niyyətindədir.

Artıq pulunu geri aldığına görə, əhvalı yaxşı olan Rüstəm adlı müştəri isə yarızarafat yarıciddi bildirdi ki, bundan sonra pulunu yalnız evdə, özü də bankada saxlayacaq.

Bu vaxta qədər heç pulunuzu geri götürmək istəmisizmi?

Bu sualı cavablandıran əksər əmanətçilər bu günə qədər pulları geri çəkmək fikrində olmadıqlarını və buna görə bu vaxta kimi banka müraciət etmədiklərini qeyd etdilər. Əksər əmanətçilər bir il bundan qabaq əmanət yatırdıqlarını bildirdilər.

Pulunuzu tam götürə bilmisiz?

Əmanətlərin qaytarılacağı ilə bağlı müxtəlif şafiələr bu gün də dolaşır. Bəziləri bildirirlər ki, dollar əmanətlərini manatla qaytaracaqlar, hərçənd, artıq dünəndən məlumdur ki, dollar əmanətçilərinə pul dollarla qaytarılır. Qeyd edək ki, əksər əmanətçilərin əmanətləri 1000 dollar ətrafında idi. Lakin bəzi əmanətçilər də var idi ki, hansı ki bankdan çıxandan sonra birbaşa avtomobillərinə əyləşərək ərazidən uzaqlaşdılar.

Əmanətlərin qaytarılması zamanı yaşlı bir kişinin səhətində nasazlıq yarandığından həmin şəxsə yerindəcə ilkin tibbi yardım göstərildi. Amma problemə səbəb, əmanətini ala bilməməsi yox, sadəcə təzyiqinin qalxması idi. Ümumiyyətlə, dünəndən fərqli olaraq bu ün bankın qarşısındakı polislərin də sayı az idi.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR