Müğənni Nura Suri maraqlı açıqlama verib.
Aktual.az atv.az-a istinadən bildirir ki, "ATV Maqazin onlarla" verilişinə danışan Nura deyib:
"O vaxt Elton Hüseynəliyevin evlənmək fikri var idi. Biz o zamandan dost olmuşuq. O zaman indiki kimi tanınmırdı. Həyat yoldaşı Tomayla rəfiqəydim. Məsləhət gördüm ki, Elton yaxşı oğlandır, seçimini et. İndi 2 övladları var".
// Aktual.az