"Çelsi" klubuna yeni baş məşqçi təyin olundu


 İngiltərənin "Çelsi" futbol komandasına yeni baş məşqçi təyin olunub.
 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifə Mauritsio Sarriyə həvalə olunub.
İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 59 yaşlı baş məşqçi həmyerlisi Antonio Konteni əvəzləyib. 
Qeyd edək ki, Maurisio Sarri bu təyinatadək 3 il ərzində İtaliyanın "Napoli" klubunda çalışıb. Onun rəhbərliyi altında Napoli komandası ardıcıl iki mövsüm A Seriyasının gümüş və bürünc medallarını qazanıb, Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Sarri 2017-ci ildə İtaliya çempionatının ən yaxşı baş məşqçisi seçilib. 

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR