“ELS”: “Axşam saatlarında nəticələri elan edəcəyik”

“ELS”: “Axşam saatlarında nəticələri elan edəcəyik”

Səhər saat 8-dən etibarən seçki mənqtəqələrində “exit-poll” keçirməyə başlamışıq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu  parlament seçkilərində “exit-poll” keçirən ELS” Müstəqil Araşdırmalar Mərkəzinin mətbuat katibi Lalə Qafarova deyib.

L.Qafarova qeyd edib ki, gün ərzində seçici fəallığı ilə bağlı məlumatları ictimaiyyətə çatdıracaqlar: “118 dairədə, 1180 seçki məntəqəsində 2600 müşahidəçi ilə seçkilərdə iştirak edirik. Mərkəzi Qərargahımızda isə 60 nəfər çalışır. Seçkilər yekunlaşana qədər seçici aktivliyi ilə bağlı nəticələri vaxtaşırı olaraq elan edəcəyik. Axşam saatlarında isə sorğunun yekun nəticələrini elan etməyə başlayacağıq”.

Şirkət sözçüsü vurğulayıb ki, seçici fəallığı ilə bağlı ilkin məlumatları saat 10:00-da yayacaqlar.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 501 beynəlxalq və 63 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə birgə “exit poll” keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Xəbər 415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR