Elmar Məmmədyarov Rumıniyaya səfər edəcək

Elmar Məmmədyarov Rumıniyaya səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov martın əvvəlində Rumıniyaya səfər edəcək.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bu barədə brifinqdə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva məlumat verib.
O, martın 4-də Buxarestdə keçiriləcək Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşündə iştirak etməyi planlaşdırır.
Onun sözlərinə görə, görüş zamanı Şərqlə Qərb arasında əlaqə üçün dəniz və quru yük daşınması marşrutunun yaradılması məsələləri müzakirə olunacaq.
Qeyd edək ki, "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü ötən ilin oktyabr ayında Aşqabadda keçirilib.
Xəbər 261 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR