Elmar Məmmədyarov Portuqaliyaya gedib

Elmar Məmmədyarov Portuqaliyaya gedib

Xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliyaya rəsmi səfərə yola düşüb.

Aktual.az  bildirir ki, XİN-dən Trend-ə verilən məlumata görə, səfər əsnasında nazir E.Məmmədyarovun Portuqaliyanın rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət və parlamentlərarası əlaqələrin inkişafı kimi məsələlər müzakirə olunacaq.
 
Aktual.az
Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR