Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

 Xarici işlər naziri Elmar MəmmədyarovAzərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, görüş zamanı 2018-ci ilin dekabrın 14-15-də Azərbaycanda keçiriləcək Gənc Parlamentarilərin V qlobal konfransının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Sözügedən tədbirlə bağlı təşkilatçılıq işlərinin cari vəziyyətindən məmnunluğunu bildirən Q.K.Barron qlobal konfransın yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.
Tərəflər bu konfransın Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə ümidvar olduqlarını vurğulayıblar. 
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
 Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR