Elmar Məmmədyarov həmsədrlərlə video-konfrans formatında görüş keçirib

Elmar Məmmədyarov həmsədrlərlə video-konfrans formatında görüş keçirib

Xarici İşlər naziri Elmar Məmmədyarovmayın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüş keçirib. 

Bu barədə Aktual.az-a XİN-dən məlumat verilib. 
Görüşdə, həmçinin Fransa və ABŞ həm-sədrlərinin köməkçiləri iştirak ediblər.
Görüşdə tərəflər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini, eləcə də qarşıdan gələn aylarda, qlobal pandemiya sonrası atılacaq addımları müzakirə ediblər. Tərəflər, pandemiya zəiflədikdən sonra Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə növbəti görüşünün keçirilməsi vaxtının və yerinin müəyyən edilməsi üzrə razılaşıblar.
Xəbər 395 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR