Elmar Məmmədyarov həmsədrlər ilə görüşdü

Elmar Məmmədyarov həmsədrlər ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Ceyms Uorlik (ABŞ) və Pyer Andrio (Fransa) görüşüb. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndə Anjey Kasprşik də iştirak edib.

Görüşdə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparılıb.

Elmar Məmmədyarov Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirib. 

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR