Elman Mehdiyev vətəndaşlarla qəbul keçirəcək

Elman Mehdiyev vətəndaşlarla  qəbul keçirəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Qəbələ rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 16 dekabr 2015-ci il tarixdə, saat 11:00-da Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Qəbələ rayon şöbəsində (02420) 5-06-99
Ağdaş rayon şöbəsində (02023) 5-50-28
Göyçay rayon şöbəsində (02027) 4-21-35
Ucar rayon şöbəsində (02021) 3-01-17

Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Xəbər 368 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR