Əliyev, Putin və Sarkisyan yenidən görüşəcək - Tarix dəqiqləşdi

Əliyev, Putin və Sarkisyan yenidən görüşəcək   - Tarix dəqiqləşdi

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünün vaxtı və yeri məlum olub. 

Aktual.az AzNews.az-a istinadən  xəbər verir ki, bu barədə Ermənistanın “1 in.am” saytı məlumat yayıb. Məlumata görə, üçtərəfli görüş iyunun 26-da Sankt-Peterburqda keçiriləcək. 

Görüş zamanı Vyanada əldə olunmuş razılaşmaların bərpa edilməsi imkanları, atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in Minsk qrupunun monitorinq imkanlarının artırılması müzakirə olunacağı bildirilir. 

Xəbər 561 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR