Əliyev, Ərdoğan və Marqvelaşvili görüşəcək - İkinci dəfə

Əliyev, Ərdoğan və Marqvelaşvili görüşəcək   - İkinci dəfə

“Türkiyə-Azərbaycan-Gürcüstan prezidentlərinin Azərbaycanda keçiriləcək ikinci toplantısını ən qısa zamanda həyata keçirməyi arzu edirik”. 

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırm gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib. Yıldırım Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli mexanizminin regional əməkdaşlığa verdiyi töhfələrin nəticələrindən də bəhs edib.

Türkiyənin Baş naziri Dağlıq Qarabağ münaqişəsində üç ay əvvəl baş verən təhlükəli yüksəlişdən duyduqları narahatlığı dilə gətirib: “Problemin Azərbaycanın ərazi bütövlüyü daxilində həllinə önəm verdiyimizi ifadə etdik. Bölgədə yaşanan terror hadisələrinin son zamanda artıdığını da müzakirə etdik. Terrorla mübarizə mövzusunda hər hansı bir təsnifat, standartlar fərqi qoymadan qərarlı beynəlxalq mübarizənin və əməkdaşlığın nümayiş etdirilməsinin əhəmiyyəti bir daha təsdiq edildi”.

Xəbər 448 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR