Əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsi ASAN Xidmətə verilə bilər

Əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsi ASAN Xidmətə verilə bilər

Azərbaycanda əlillik statusunun müəyyən edilməsinin "ASAN xidmət"ə verilməsi təklif olunur.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bu təkliflə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlementin bu gün keçirilən iclasında çıxış edib.
Onun sözlərinə görə, uzun illərdir ki, əlilliyin verilməsi ilə bağlı mübahisələr davam edir:

"Əgər "ASAN xidmət"in texniki imkanları çatırsa, qoy bu məsələni öz üzərinə götürsün və müvafiq problemlər də həllini tapsın. Hesab edirəm ki, bu, həm dövlətimiz, həm də vətəndaşlarımız üçün faydalı olar. Bu bir təklifdir, bunun üzərində düşünmək lazımdır".
 
Aktual.az
Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR