“Əli Kərimlinin yırtılmış maskasını bundan sonra heç bir yamaq gizlədə bilməz! – Deputatdan sillə kimi sözlər!

“Əli Kərimlinin yırtılmış maskasını bundan sonra heç bir yamaq gizlədə bilməz! – Deputatdan sillə kimi sözlər!

"Milli Şura” adlanan anti-milli qurumun, konkret olaraq yaramaz Əli Kərimlinin mitinq təşəbbüsü xarici qüvvələrin birbaşa təhriki və təlimatı ilə ərsəyə gələn icraatdır. Daha dəqiq desəm: mesaj konkret dairələrdən ötürülüb və bu satqınlar da dərhal hərəkətə keçiblər, yenə maşa və zurna züyü olmağa qərar veriblər”.
 
Aktual.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib. 

"Hazırki durumda mitinq və aksiya şousu ilə su bulandırmağa, siyasi sabitliyi pozmağa cəhd etmək birmənalı şəkildə milli maraqlara xəyanətdir. Həmin xəyanəti edənlər isə fəaliyyətlərinə, xislətlərinə yaxşı bələd olduğumuz ünsürlər, xainlər, satqınlar, sapı özümüzdən olan baltalar və nəhayət: kardaşyan irsinin davamçılarıdır!

Partiyasının qeydiyyatı üçün tələb olunan 5 min üzvü yıxıla-yıxıla, sürünə-sürünə, dilənə-dilənə, işverənlik edə-edə yığan bu vicdansız məxluq əlbət ki, siyasətdə heç bir zaman ciddi gücə çevirilə bilməz. Belə şey mümkünsüzdür. Həm məntiq, həm də reallıq baxımından. Amma siz bir də bunun boş başına, kələ düşüncəsinə, yarımçıq təfəkkürünə, cılız şəxsiyyətinə adekvat olmayan ambisiyasına baxın. Hikkə bitmir ki, bitmir. Adam şərəfsizliyindən, binamusluğundan əl çəkmir ki, çəkmir. Əksinə, günbəgün daha da azğınlaşır. Hər gün daha fərqli riyakarlıq nümunələri göstərir. Usanmır. Dayanmır. Satılmaqdan, aşağılanmaqdan, Fransa daxil bir çox ölkələrin xüsusi xidmət orqanlarının, erməni lobbisinin, digər anti-Azərbaycan şəbəkələrinin "əl meymunu” olmaqdan zövq alır.

Mitinq söhbəti təbii ki, imitasiyadır. Oyundur. Görüntüdür. Və pərdə arxasındakı bütün məqsədlər, məramlar sadəcə və sadəcə Azərbaycana ziyan vurmağa, zərbə yetirməyə hesablanıb.

Fəqət, alınmayacaq. Yenə alınmayacaq. Radikal qüvvələr, radikal düşüncəlilər növbəti dəfə fiaskoya uğrayacaqlar. Niyə? Çünki dövlət yerindədir! Çünki bu millət, bu xalq siyasətçi ilə tulanı, milli ilə anti-millini, mərdlə namərdi ayırd edəcək təfəkkürə, zehniyyətə sahibdir. Çünki Əli Kərimli kimi nadürüstlərin, siyasi qolçomaqların, qanıpozuqların maskası çoxdan cırılıb və bundan sonra heç bir yamaq həmin yırtığı gizlədə bilməyəcək! - deyə Partiya sədri fikirlərinə davam edib.  
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR