Əli Kərimlinin mitinq keçirməyə cəsarəti çatmadı - Qaradağ Bakı şəhərinin rayonudur

Əli Kərimlinin mitinq keçirməyə cəsarəti çatmadı - Qaradağ Bakı şəhərinin rayonudur

Bütün bunlar onu göstərir ki, 28 sentyabr mitinqinə gələn olmayacaq

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək müraciətinə müsbət cavab verib. Ancaq Milli Şura mitinq keçirməkdən imtina edib.
Milli Şuranın icazəli mitinqdən imtina etməsinin səbəbini öyrənmək üçün AzNews.az BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlının fikirlərini öyrənib.
O, Əli Kərimlinin mitinqindən imtina etməsinin səbəbini belə izah edib:
”Əli Kərimli, daha nə istəyirsən? Kərimli arqument tapa bilmir ki, mitinqi niyə keçirmir. Əvvəl deyirdi, icazə vermirlər. İcazə verdilər, get, mitinqini keçir. Hakimiyyət indi çaş-baş qalıb. Görəsən, Əli Kərimlinin əlində hansı arqumenti qalıb? Hər gün özünü öyə-öyə dəstəkçilərinin sayının çox olduğunu iddia edirdin, indi nə oldu, arxayınsansa, niyə imtina edirsən?! Bütün bunlar onu göstərir ki, 28 sentyabr mitinqinə gələn olmayacaq".
Politoloq bir məqamı da xatırladıb:
"Müsavat partiyası "Ukrayna dairəsi”ində icazəli mitinq keçirdi. Onda niyə imtina etmədi? Müsavat da Qələbə dairəsində keçirmək istəyirdi, ancaq Bakı Şəhər İcra hakimiyyəti "Ukrayna dairəsi”ni verdi. Qaradağ rayonu Bakı şəhərinin rayonlarından biridir. Hər dəqiqədə avtobuslar işləyir. Sadəcə, əvvələr öyrəşmişdi əhalinin sıx hərəkət etdiyi Qələbə dairəsinə. Bu yer "İnşaatçılar" metrosunun yanıdır, insanların kütləvi gediş-gəliş yeri idi, ətrafında xeyli hündür mərtəbəli evlər, bazar, super marketlər və s. var. Əli Kərimli də bu adamları özünün "tərəfdarı” və ya mitinqə gələnlərin siyahısına daxil edirdi. Şəkillərini çəkib sosial şəbəkədə yayırdı. Halbuki həmin şəxslər öz evlərinə gedənlər idi. İndi Lökbatan qəsəbəsində metro çıxışı yoxdur. Bilir ki, son hadisələrdən sonra hər gün sosial şəbəkələrdə biabır olur və onun mitinqinə dəstək verən olmayacaq. Cürəti çatırsa, bəhanəsiz mitinqini keçirsin və göstərsin ki, dəstəkləyənləri nə qədərdir".

Niyaməddin Orduxanlı bildirib ki, Əli Kərimli Azərbaycanda sosial şəbəkələrdə troll dəstələrini yaradan şəxsdir:
”Rəqiblərini, partiya sədrlərini ən pis formada həmin trollarla təhqir etdirirdi. İndi o trollar özünün müavini ailəsi və övlad haqqında ən iyrənc yazılar yazırlar və mənim heç bir şübhəm yoxdur ki, bütün bunlara Əli Kərimli tapşırıq verib. Bir neçə gün bundan qabaq trolları idarə edən şəxsin səsi sosial şəbəklərdə yayıldı. O da etiraf edir ki, Əli Kərimli söyüş söyən trollara başçılıq edir və bütün göstərişlər Əli Kərimlidən gəlir".
Xəbər 1253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR