Elçin: “Əkrəm Əylislinin tək qalması mənə pis təsir edir”

Elçin: “Əkrəm Əylislinin tək qalması mənə pis təsir edir”

"Əkrəmin tək qalması, tənhalığı, sizdən gizlətmirəm, mənə pis təsir edir”.

Aktual.az xəbər verir ki, bu sözləri Xalq yazıçısı Elçin APA-ya geniş müsahibəsində deyib. Müsahibədən bir parçanı təqdim edirik: 

- İllər öncə sevdiyiniz hekayələrin siyahısını paylaşmışdınız. Həmin siyahıda Əkrəm Əylislinin "Ürək yaman şeydir” hekayəsi də var idi. Bu gün Əkrəm Əylisli ilə münasibətlərinizin yaxşı olmadığı deyilir. Əylislinin həmin hekayəsi ilə bağlı hələ də eyni fikirdəsinizmi? Münasibətlərdəki gərginlik o siyahıdan bu hekayəni silməyib ki?

- Elə deyil, Əkrəmlə münasibətimiz nə pisdir, nə də yaxşı. Sadəcə münasibətimiz yoxdur. Əkrəmi bilmirəm, ancaq mən buna təəssüf edirəm. Bəli, o hekayənin adını yenə çəkərəm, əlbəttə, çünki bu gün də o fikirdəyəm. Əgər Əkrəm bu gün zəif, ya da xoşagəlməz nəsə yazıbsa, bu o demək deyil ki, onun dünən yazdıqlarının da üstündən xətt çəkək. Əgər onun yazdığı zəif və xoşagəlməz yazıları tərəzinin bir gözünə, həmin hekayəni, ya da "Kür qırağının meşələri" povestini o biri gözünə qoysaq, bu hekayə də, povest də çox ağır gələr. Əkrəmin tək qalması, tənhalığı, sizdən gizlətmirəm, mənə pis təsir edir. Gərək belə olmayaydı. Ancaq bu təcridin səbəbkarı Əkrəmin özüdür. Ola bilsin ki, mən yanılıram, bəlkə o özünü camaatdan təcrid olunmuş, tək-tənha hiss etmir? Təki belə olsun.
Xəbər 572 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR