Əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

Əfv sərəncamı 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub

 Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 10 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.


"Report”un məlumatına görə, müssisədə keçirilən tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov, 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə polkovlik-leytinantı Etibar Məmmədyarov və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edib.

Daha sonra cəzaçəkmə müəssisəsindən 29 nəfər azadlığa buraxılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.

 
Aktual.az
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR